Tanınmış teleaparıcı Naxçıvan televiziyasının əməkdaşları ilə görüşüb - VİDEO

NUHÇIXAN xəbər verir ki Naxçıvan Teleradiosunda tanınmış teleaparıcı, politoloq, əməkdar jurnalist Tofiq Abbasovun iştirakı ilə ustad dərsi keçirilib.

Tanınmış jurnalistin ustad dərsində Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı və Naxçıvan Teleradiosunun əməkdaşları iştirak ediblər.

Peşəkar  jurnalist öz təcrübəsindən, fəaliyyətindən və bu peşənin sirlərindən danışıb.

Qarşılıqlı fikir mübadiləsi aparılan tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM