Türkiyənin cənub-şərqində iki bölgə xüsusi təhlükəsizlik zonası elan edilib

Türkiyənin cənub-şərqində iki bölgə xüsusi təhlükəsizlik zonası elan edilib

Türkiyənin Şırnak vilayətinin Cudi və Qabar dağı bölgələri xüsusi təhlükəsizlik zonası elan edilib.

NUHÇIXAN “Star”a istinadən xəbər verir ki, bu barədə məlumatı şəhər valiliyi açıqlayıb.

Bildirilib ki, milli təhlükəsizliyin, ictimai asayişin qorunması və ehtimal edilən bütün riskli hadisələrin qarşısının alınması məqsədilə qanunvericiliyə uyğun qaydada sözügedən ərazilər xüsusi təhlükəsizlik zonası elan olunub.

Qərarın mayın 10-dan etibarən 2 həftə müddətində qüvvədə olacağı bildirilib.

Həmin ərazilərə daxil olmağın həyati və maddi təhlükəyə yol açdığı barədə vətəndaşlara xəbərdarlıq edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM