satellite   Azerspace-1: 11135 H 30000

Ötən il 1 yaşadək ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb

Ötən il 1 yaşadək ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb

2023-cü ildə 1 yaşadək ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə 1 yaşadək 2 039 uşaq ölümü qeydə alınıb ki, bunlardan 1 287 nəfər perinatal dövrdə meydana çıxan bəzi hallardan (bu say 2021-ci ildə 349, 2022-ci ildə 392 nəfər olub), 187 nəfər tənəffüs sistemi xəstəliklərindən, 136 nəfər anadangəlmə anomaliyalardan ( inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqlarından, 47 nəfər bəzi infeksion və parazitar xəstəliklərdən, 17 nəfər travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən vəfat edib.

Xatırladaq ki, 1 yaşadək bütün səbəblərdən ölən uşaqların cəmi sayı 2021-ci ildə 840, 2022-ci ildə 959 nəfər olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM