satellite   Azerspace-1: 11135 H 30000

Eritreyadakı Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə işi tamamlanmaq üzrədir

Eritreyadakı Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə işi tamamlanmaq üzrədir

"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialına məxsus gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir.

Naxçıvan televiziyası-a bu barədə şirkətdən məlumat verilib.

"Aparılan danışıqların nəticəsi olaraq, Eritreyanın müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkət səlahiyyətli nümayəndələr təyin edib və hazırda yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir. Şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləri ilə daim sıx əlaqədədir və heyətin ərzaq təchizatı, eləcə də digər təchizat məsələlərində hər hansı problem mövcud deyil. Həmçinin, heyət üzvlərinin öz yaxınları ilə vaxtaşırı əlaqə saxlaya bilməsi üçün bütün texniki imkanları şirkət təmin edib", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb. Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan vətəndaşıdır.

Hadisə ilə bağlı ilkin məlumatlar 2024-cü il noyabrın 7-də Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra məsələ nəzarətə götürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM