satellite   Azerspace-1: 11135 H 30000

Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO

Bakıda restoranların birində soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Naxçıvan televiziyası-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nizami rayonu ərazisində yanvarın 13-ü saat 03 radələrində naməlum şəxsin 37 yaşlı M.Pənahova zor tətbiq edib onun 150 manatını alması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb.

Onun üzərinə baxış zamanı psixotrop maddə metamfetamin də aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM