satellite   Azerspace-1: 11135 H 30000

Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində hərbi sursatların aşkar edilib - FOTOLAR

Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində hərbi sursatların aşkar edilib<font color=red> - FOTOLAR</font> Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində hərbi sursatların aşkar edilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 28 ədəd 7.62 mm-lik təlim mərmisi, 6 ədəd 7.62 mm-lik mərmi, 1 ədəd 5.45 mm-lik təlim mərmisi və 1 ədəd 30 mm-lik BMP mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM