satellite   Azerspace-1: 11135 H 30000

Ötən il korrupsiya ilə bağlı 43 şəxs cinayət başında yaxalanıb

Ötən il korrupsiya ilə bağlı 43 şəxs cinayət başında yaxalanıb

Ötən il korrupsiya ilə bağlı əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb.

Habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM