satellite   Azerspace-1: 11135 H 30000

“Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olacaq

“Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olacaq

Naxçıvan televiziyası xəbər verir ki, qəhrəmanlıq tariximiz olan Sədərək döyüşlərinin 35 illiyi münasibətilə Naxçıvan televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” sənədli televiziya filmi təqdim olunacaq.

Film 18 yanvar “Park Cinema” kinoteatr şəbəkəsində göstəriləcək.

Filmdə xalqımızın Sədərəkdən Şuşaya qədər keçdiyi böyük zəfər yolu bir qəhrəmanın timsalında nümayiş etdiriləcək.

Təqdimat mərasimində bir sıra yüksək vəzifəli şəxslər, ictimai-siyasi xadimlər, ziyalılar, media nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, filmin layihə rəhbəri və müəllifi Sahil Tahirli, filmin məsləhətçisi Anar Tahirov, redaktoru Elnarə Heydərova, rejissoru Razim İsmayıllı, operatorlar İlqar Məhərrəmov, Ağali Rəhimov, Uğur Bağırov və musiqi tərtibatçısı isə Yaqut Süleymanovadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM