satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi - Müsabiqə elan edir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi <font color='red'> - Müsabiqə elan edir</font>

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Naxçıvanın Təbiəti” mövzusunda fotomüsabiqə elan olunur. May ayının 5-dən 25-dək keçiriləcək müsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər. Müsabiqəyə yalnız Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan müxtəlif təbiət mənzərələri, flora və faunaya aid fotoşəkillər qəbul edilir. 
Fotomüsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının təbii gözəlliklərini nümayiş etdirmək və ekoloji maarifləndirməni təşviq etməkdir. 
Müsabiqəyə göndərilən nümunələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və rəylər əsasında qaliblər müəyyən ediləcəkdir. 

-------------------------------------------------------------------------------
 “Naxçıvanın Təbiəti” mövzusunda fotomüsabiqənin şərtləri
Müsabiqənin keçirilmə tarixi: 05.05.2025 – 25.05.2025
İştirak şərtləri
Müsabiqədə həm peşəkar, həm də həvəskar fotoqraflar iştirak edə bilər.
İştirakçının yaşı, peşəsi və yaşayış yeri üzrə məhdudiyyət yoxdur.
İştirak ödənişsizdir.
Fotoşəkillərə dair tələblər
Fotoşəkillər yalnız Naxçıvan Muxtar Respublikası ərazisində çəkilmiş olmalıdır.
Hər iştirakçı maksimum 5 fotoşəkil təqdim edə bilər.
Fotoşəkillər rəqəmsal formatda (JPEG, PNG) və minimum 1080p – Full HD (FHD) keyfiyyətdə olmalıdır.
Fotoşəkillər üzərində heç bir fotoredaktə proqramı ilə əlavə dəyişiklik edilməməlidir (yalnız rəng balansı, kontrast və s. kimi düzəlişlərə icazə verilir).
Fotoşəkillər orijinal müəllif işləri olmalı, başqa müəlliflərdən götürülmüş materiallar olmamalıdır.
Fotoşəkillər üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır.
Müsabiqədə qalib gələn fotoların orijinal versiyası müəlliflərdən tələb olunacaq.
Müsabiqəyə fotoaparat, smartfon, dronla çəkilmiş fotolar təqdim edilə bilər.
Təşkilatçı təqdim olunmuş fotolardan müsabiqənin təşviqi məqsədilə (foto sərgisi, sosial media paylaşımları və s.) istifadə etmək hüququna malikdir.
Təqdimat qaydası
Fotoşəkillər [təşkilatın elektron ünvanına] və ya qeyd olunan onlayn platforma (drive linki və s.) vasitəsilə göndərilməlidir.
Fotoşəkillərlə birlikdə aşağıdakı məlumatlar təqdim olunmalıdır:
İştirakçının adı, soyadı, ata adı, ünvanı

Əlaqə nömrəsi və elektron poçt
Foto haqqında qısa təsvir (yer və tarix qeyd edilməlidir)

Müsabiqədə I-III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə hədiyyələr və müvafiq dərəcəli diplomlar təqdim olunacaq.
Qeyd: Müsabiqəyə təqdim olunmuş fotolar sərgidə nümayiş etdiriləcək.
Əlaqə nömrələri:

055-475-01-97
051-882-71-78

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM