satellite   Azerspace-1: 11135 H 30000

ETX: İnformasiya təhlükəsizliyi ilə bağlı minimal kibertəhlükəsizlik tələbləri formalaşdırılır

ETX: İnformasiya təhlükəsizliyi ilə bağlı minimal kibertəhlükəsizlik tələbləri formalaşdırılır

Azərbaycanda media subyektlərində informasiya və kibertəhlükəsizliyin təmin olunması ilə bağlı minimal tələblərin formalaşdırılması tədbirləri həyata keçirilir.

NTV xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda tədbirdə panel müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev deyib.

O bildirib ki, artıq bu tələblərin formalaşdırılması icra olunur:

“Dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində həmin tələblərin bir daha üzərindən keçilir və onlara bir daha baxılır. Yaxın müddətdə bu istiqamətdə minimal tələblər formalaşdırılacaq. Kiber insidentlərin baş verməsinin əsas səbəblərindən biri minimal kibertəhlükəsizlik informasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM