satellite   Azerspace-1: 11135 H 30000

Anar Quliyev: Mənzil böhranı artıq yalnız sosial məsələ deyil, çoxölçülü inkişaf çağırışıdır

Anar Quliyev: Mənzil böhranı artıq yalnız sosial məsələ deyil, çoxölçülü inkişaf çağırışıdır

Mənzil böhranı artıq yalnız sosial məsələ deyil, iqtisadi məhsuldarlıq, sosial həmrəylik, iqlim dayanıqlılığı və siyasi sabitliyə təsir edən çoxölçülü inkişaf çağırışıdır.

NTV xəbər verir ki, bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” sessiyasında səsləndirib.

Anar Quliyev bildirib ki, forum çərçivəsində keçirilən müzakirələr mənzil probleminin ayrı-ayrı müdaxilələrlə həll edilə bilməyəcəyini göstərib. Sürətli urbanizasiya, demoqrafik təzyiq, miqrasiya və iqtisadi bərabərsizlik nəticəsində bir çox ölkədə qeyri-rəsmi yaşayış məntəqələri genişlənir, torpaq əlçatanlığı azalır və şəhər xidmətlərinə çıxış qeyri-bərabər qalır.

Komitə sədri vurğulayıb ki, mənzil siyasəti nəqliyyat, əmək bazarı, enerji səmərəliliyi və sosial infrastrukturla əlaqəli şəkildə həyata keçirilməli, çoxtərəfli əməkdaşlıq isə siyasət dialoqundan praktik icra və nəticəyönümlü tərəfdaşlıq modelinə keçməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM