satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin altı ayında meyit donordan 30-a yaxın transplantasiya əməliyyatı icra edilib

Bu ilin altı ayında meyit donordan 30-a yaxın transplantasiya əməliyyatı icra edilib

Azərbaycanda yanvar-iyun aylarında meyit donorlardan götürülən orqan və toxumalar hesabına 30-a yaxın transplantasiya əməliyyatı icra edilib.

NTV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu transplantasiyalar çərçivəsində böyrək, qaraciyər, ürək və buynuz qişa köçürülməsi uğurla həyata keçirilib.

Həmçinin bu ilin ilk altı ayında ölkədə ümumilikdə 130-dan çox orqan və toxuma transplantasiyası həyata keçirilib. Bu əməliyyatların 60-a yaxını böyrək, 30-a yaxını qaraciyər, 20-dən çoxu sümük iliyi, 25-ə yaxını isə buynuz qişa transplantasiyası olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM