satellite   Azerspace-1: 11135 H 30000

VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb - FOTOLAR

VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb<font color=red> - FOTOLAR</font> VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb<font color=red> - FOTOLAR</font> VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb<font color=red> - FOTOLAR</font> VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb<font color=red> - FOTOLAR</font> VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb<font color=red> - FOTOLAR</font> VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb<font color=red> - FOTOLAR</font> VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb<font color=red> - FOTOLAR</font>

Fransanın Kolmar şəhərində keçirilən VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi yekunlaşıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən NTV-yə bildirilib ki, Kolmar şəhərinin meşə mənzərələri ilə əhatə olunan ərazidə təşkil edilən düşərgədə Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan şəhid övladları ilə Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri bir araya gəliblər.

Proqram çərçivəsində Kolmar və Strasburq şəhərlərinə ekskursiyalar təşkil olunub. Eyni zamanda, onların bilik və dünyagörüşünün artırılması, komanda ruhunun gücləndirilməsi məqsədilə maarifləndirici panellər, intellektual oyunlar, həmçinin mədəniyyət, idman və vətənpərvərlik mövzularında görüşlər keçirilib.

Proqramı uğurla başa vuran məktəblilərə sertifikatlar təqdim edilib.

Düşərgə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin birgə əməkdaşlığı ilə təşkil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM