satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda şəhid övladlarının yay düşərgəsinə start verilib - FOTOLAR

Naxçıvanda şəhid övladlarının yay düşərgəsinə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid övladlarının yay düşərgəsinə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid övladlarının yay düşərgəsinə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid övladlarının yay düşərgəsinə start verilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində ikigünlük yay düşərgəsinə start verilib.

NTV xəbər verir ki, 28 iyul tarixdə Naxçıvanda yaşayan şəhid övladları və şəhid xanımları yola düşməzdən əvvəl Zəfər parkını ziyarət ediblər. Daha sonra Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yay düşərgəsində iştirak etmək üçün yola salınıblar.

Layihə çərçivəsində düşərgə iştirakçıları üçün intellektual, maarifləndirici, idman və əyləncə proqramlarının təşkili nəzərdə tutulur. Yay düşərgəsinin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların asudə vaxtını səmərəli təşkil etmək və sosial ünsiyyət bacarıqlarını gücləndirməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zelenski ABŞ-a səfər edib

11:40 28.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM