Şərur və Sədərək rayon inzibati ərazi vahidlərinin təsdiq olunmuş yeni sərhədlərinin döngə nöqtələrinin koordinatları naturaya köçürülüb

Şərur və Sədərək rayon inzibati ərazi vahidlərinin təsdiq olunmuş yeni sərhədlərinin döngə nöqtələrinin koordinatları naturaya köçürülüb

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ay ərzində Naxçıvan şəhəri, Babək və Şahbuz rayonları ərazisində mövcud olan kanal, kollektor və drenaj şəbəkələrinin əhatə etdiyi ərazilərin topoqrafik xəritələri hazırlanıb, Kəngərli və Sədərək rayonlarının ərazi vahidləri üzrə həyətyanı və pay torpaq sahələrinin elektron kadastr xəritələri yenilənərək məlumat bazasına yerləşdirilib.

Torpaqların elektron uçotunun aparılması məqsədi ilə Culfa və Ordubad bələdiyyələri üzrə bütün torpaq sahələrinin elektron kadastr uçotu informasiya sisteminə yerləşdirilməsi başa çatdırılıb.

Ötən ay səyyar xidmət vasitəsilə 7 yaşayış məntəqəsində 33 vətəndaşın müraciətinə baxılıb, 1 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, 540 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 428 texniki sənəd hazırlanıb, yeni yaranmış 25 daşınmaz əmlak obyektinə ünvan verilib, 92 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarına daxil edilib.

“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamına uyğun olaraq Şərur və Sədərək rayon inzibati ərazi vahidlərinin təsdiq olunmuş yeni sərhədlərinin döngə nöqtələrinin koordinatları naturaya köçürülüb.

Şərur, Kəngərli və Ordubad rayonlarında torpaqların münbitliyinin artırılması, əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici seminar-müşavirələr keçirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər