Şagirdlər Əcəmi seyrəngahındakı abidələrlə tanış olub - FOTOLAR

Şagirdlər Əcəmi seyrəngahındakı abidələrlə tanış olub<font color=red> - FOTOLAR</font> Şagirdlər Əcəmi seyrəngahındakı abidələrlə tanış olub<font color=red> - FOTOLAR</font> Şagirdlər Əcəmi seyrəngahındakı abidələrlə tanış olub<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Turizm-Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinin Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın, Açıq Səma Altındakı Muzey Kompleksinə ekskursiyası təşkil olunub.

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü  ilə əlaqədar olaraq təşkil olunan ekskursiyada şagirdlər ilk olaraq Əcəmi seyrəngahındakı Açıq Səma Altında Muzeydə olublar. Məlumat verilib ki, zəngin tarixi-mədəni irsimiz təkcə memarlıq abidələrində deyil, həm də daş abidələrdə yaşayır. Bu nümunələr  xalqımızın zəngin mədəniyyətinin dəyərli nümunələri olmaqla, insanlara yüksək estetik təsir bağışlayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən yaradılan Açıq səma altında muzey daşdan yonulmuş mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliği sahəsində mühüm elmi əhəmiyyətə malikdir. Muxtar respublika ərazisindən tapılan müxtəlif dövrlərə aid daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr şagirdlərdə böyük maraq oyadıb.  

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatın türbəsi ilə tanışlıq da gəzinti iştirakçılarında xoş təəssürat yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Nəinki Azərbaycan, bütövlükdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə Xatın türbəsi sərdabə və yerüstü hissələrdən ibarətdir.

Xan sarayında da olan şagirdlərə məlumat verilib ki, bura Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi saray orijinal memarlıq üslubu ilə seçilir. Muzeydə Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı nəşr olunmuş kitablar, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi, məişət əşyaları - misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.

Mədinə Rəhimli

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM