Naxçıvan gömrükçülərinin cəlb olunduğu  avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması mövzusunda təlimə yekun vurulub - FOTOLAR

Naxçıvan gömrükçülərinin cəlb olunduğu  avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması mövzusunda təlimə yekun vurulub<font color=red> - FOTOLAR</font> Naxçıvan gömrükçülərinin cəlb olunduğu  avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması mövzusunda təlimə yekun vurulub<font color=red> - FOTOLAR</font> Naxçıvan gömrükçülərinin cəlb olunduğu  avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması mövzusunda təlimə yekun vurulub<font color=red> - FOTOLAR</font> Naxçıvan gömrükçülərinin cəlb olunduğu  avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması mövzusunda təlimə yekun vurulub<font color=red> - FOTOLAR</font>

Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təşkil olunan təlimlərə yekun vurulub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Naxçıvan gömrük sistemində təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində keçirilən təlimlərə Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Şəhər Gömrük idarələrində yaradılmış Müayinə qruplarında yer alan əməkdaşlar cəlb edilib.

Təlimin iştirakçıları ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli muxtar respublika gömrük sistemində ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramının gömrük işinin keyfiyyətinin artırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının tranzit potensialından səmərəli istifadə, ticarətin asan, sürətli və təklükəsiz şəkildə həyata keçirilməsi üçün gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının keyfiyyətinin artırılması, riskin düzgün qiymətləndirilməsi üzrə təkmilləşmə tədbirləri bundan sonra da davam etdiriləcək. Keçirilən təlimlərin səmərə verdiyini qeyd edən Komitə sədri son vaxtlar aşkarlanan hüquqpozma hallarının sayında artım olduğunu vurğulayıb.

Qeyd edək ki, mərhələli formada üç ay davam edən təlimlərdə nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının daha effektiv şəkildə həyata keçirilməsi, sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, riskin qiymətləndirilməsi, qaçaqmalçılıq əlamətlərinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə üzrə dərslər tədris olunub. Seminar-məşğələləri mövzular üzrə Komitənin əməkdaşları – Mahir Orucov, Əkrəm Məmmədov, Emin Eylazov və Rahil Tahirli aparıblar. Əməkdaşlar nəqliyyat vasitələri – TIR, soyuduculu yük maşını, minik avtomobili və avtobusda gizlədilmiş şərti qaçaqmalçılıq predmentlərini texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlamaq üçün praktik məşğələlərə cəlb olunublar. Praktik məşğələlərin nəticələrinə görə yekun qiymətləndirmələr aparılıb. Təlimlərdə iştirak etmiş 84 əməkdaşın 44-ü yüksək, 40 əməkdaş isə məqbul nəticə göstərib və müvafiq sertifikatlar alıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM