Toxuculuq təlimləri davam edir: bu dəfə Babək rayonunda 29 qadın təlimə cəlb olundu

Toxuculuq təlimləri davam edir: bu dəfə Babək rayonunda 29 qadın təlimə cəlb olundu

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə təşkil olunan təlimdə 15 aztəminatlı ailənin üzvü, 10 sağlamlıq imkanları məhdud qadın və 4 Babək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri olmaqla 29 nəfər iştirak edib.

Təlimçi istedadlı toxucu qadın Gülsüm Kəngərli əyani vəsaitlərdən istifadə etməklə başlayıb və təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu ilin ötən dövrü ərzində toxuculuq ilə bağlı Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında təlimlər keçirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM