satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı

Azərbaycanda bu gündən etibarən “Aİ-95” markalı benzinin qiymətində dəyişiklik edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Aİ-95” markalı benzinin 5 qəpik bahalaşaraq 1.45 AZN-dən satışına başlanılıb.

Məsələ ilə bağlı jurnalistlərə açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur, əsasən Ruminiyadan Azərbaycana idxal olunur. Benzinin alış qiymətinin artması səbəbindən Azərbaycanda da qiymət 5 qəpik bahalaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM