Bu il muxtar respublikada taxıl zəmilərində yanğın hadisələri baş verməyib

Bu il muxtar respublikada taxıl zəmilərində yanğın hadisələri baş verməyib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən Babək rayonunda yanğın təhlükəsizliyinin təmin edilməsi və xüsusilə taxıl sahələrinin biçinindən sonra yandırılmaması, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində təşkil olunan  maarifləndirici tədbirdə danışılıb.

İnzibati ərazi dairələri üzrə  nümayəndələr və bələdiyyə üzvləri iştirak etdiyi tədbirdə vurğulanıb ki, bu il muxtar respublika ərazilərində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsində taxıl zəmilərində yanğın hadisələri baş verməyib.  Bununla yanaşı  aparılan maarifləndirici tədbirlərə baxmayaraq, bəzən biçindən sonra taxıl sahələrinin yandırılması hallarına yol verilir. Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq bir daha sahibkarları, torpaq mülkiyyətçilərini və fermerləri biçindən sonra taxıl sahələrinin yandırılmaması və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir. 

Bildirilib  ki,  bu hal torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpağın münbitliyinin kəskin surətdə azalmasına səbəb olur.

“Ot-saman tayaları yaşayış evlərindən, tikililərdən, elektrik xətlərindən və yollardan ən azı 20 metr aralı məsafədə xüsusi ayrılmış yerlərdə qurulmalı, onun ətrafı çəpərlənməli, azyaşlı uşaqların  daxil olmasına və nəzarətsiz buraxılmasına yol verilməməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək qəti qadağandır”,- deyə çıxış edənlər qeyd edib.

   

  Xosrov İbrahimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM