Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub

Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub

Avqustun 4-də Muğla vilayətinin Kavacık rayonu ərazisindəki meşə yanğınları şiddətlənib. Səhər saatlarında Azərbaycan yanğınsöndürənlərin əksər hissəsi bu bölgəyə ezam olunub. Böhran məntəqəsinə çatmaq üçün təxminən 2,5 saat yol qət edən yanğınsöndürənlərimiz bir neçə yüksəkliyi aşaraq dəniz səviyyəsindən təxminən min metr yüksəklikdə alovlarla mübarizəyə başlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Çayhisar və Köyceğiz kəndlərinin ətrafında yerləşən meşələrdə üç istiqamətdə yanğınlar daha geniş əraziyə yayılıb.

Helikopter, ağır texnika və yanğınsöndürmə avtomaşınlarının intensiv çalışdığı ərazidə Azərbaycan yanğınsöndürənlərinin əsas hədəfi alovların yaşayış məskənlərinə keçməsinin qarşısını almaqdır.

Qəflətən şiddətlənən yanğın bölgəni əhatəyə alıb. Yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM