Ötən ay Naxçıvanda 622 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb

Ötən ay Naxçıvanda 622 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb

Muxtar respublikada ötən ay 622 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 384 texniki sənəd hazırlanıb, yeni yaranmış 32 daşınmaz əmlak obyektinə ünvan verilib, 100 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

Bu faktlar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda sadalanır.

Qeyd olunur ki, bu müddət ərzində  Naxçıvan şəhəri ərazisində 115,81 hektar meyvə bağı və 209,88 hektar meşə zolağı, Babək rayonu ərazisində 741,47 hektar meyvə bağı və 426,90 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Muğancıq Müslüm və Muğancıq Mehrab kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Kosacan və İbadulla kəndlərinin ərazisində monitorinqlərə başlanıb.

Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 8 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM