Kütləvi informasiya sistemlərində sosial şəbəkələr

Kütləvi informasiya sistemlərində sosial şəbəkələr

Bu gün internet mühitində ən populyar layihələrdən biri sosial şəbəkələrdir və günümüzdə aktual məsələlər sırasındadır. Müsbət və ya mənfi yönümlü olmasından asılı olmayaraq, demək olar ki, hər birimiz bu şəbəkələrdən istifadə edirik. Aydın məsələdir ki, şəbəkənin inkişafı informasiya bolluğuna, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır. Sosial şəbəkələrin simulyasiyasında, şəbəkənin üzvlərinin qarşılıqlı təsiri, fikirlərinin dinamikası nəzərə alınmaqla, təsir şəbəkələri kimi, onların təhlilinə ehtiyac var. İnformasiya və telekommunikasiya texnologiyalarının inkişafı ilə yeni növ resursların - online sosial şəbəkələrin əhəmiyyəti xüsusilə, son illər ərzində şəbəkə istifadəçilərinə təsir edən fikirlərin yayılması vasitəsi kimi əhəmiyyətli dərəcədə artır.

Sosial şəbəkə – sosial obyektlər (adamlar və ya təşkilatlar) çoxluğu və onlar arasındakı əlaqələr (münasibətlər) çoxluğundan ibarət sosial strukturdur. Sosial obyektlərə şəbəkənin qovşaqları deyilir. Sosial əlaqələrə qovşaqlar arasında qarşılıqlı kommunikasiya əlaqələrini, müxtəlif resursların mübadiləsini, müzakirələri və s. misal göstərmək olar. Sosial şəbəkə termin kimi ilk dəfə 1954-cü ildə Mançester məktəbinin sosioloqu Ceyms Barns tərəfindən istifadə edilmişdir. Termin bir-biri ilə tanış insanların əhatə dairəsini göstərmək məqsədilə istifadə edilirdi. Hər bir istifadəçi sosial şəbəkənin mərkəzi, onun tanışları isə budaqları, onlar arasında münasibətlər isə əlaqələrdir. İnternet mühitində sosial şəbəkə dedikdə eyni marağa malik insanların toplandığı interaktiv, çoxistifadəçili veb-sayt nəzərdə tutulur. Avtomatlaşdırılmış sosial mühit olan bu sayta məlumatlar hər hansı bir qrupda birləşmiş internet istifadəçilərinin özləri tərəfindən daxil edilir. Müasir həyatımızın ayrılmaz bir parçasına çevrilən sosial şəbəkələrin geniş areada yayılması prosesi XX əsrin 90-cı illərindən başlayır. Dünyada ilk yaradılmış sosial şəbəkə 1995-ci ildə əsası qoyulmuş, eyni təhsil ocaqlarını bitirmiş insanları bir araya gətirmək məqsədilə yaradılan “classmates.com” saytı olmuşdur. Layihənin sxemi əsasında 1999-сu ildə AsianAvenue.com, 2000-ci ildə MiGente.com, 2002-ci ildə sosial şəbəkələrdə ciddi dönüş yaradan Friendster və s. kimi bir çox sosial şəbəkələr yaradılmışdır.  XXI əsrin əvvələrindən etibarən isə sosial şəbəkələrin beynəlxalq informasiya məkanında yayılması daha da sürətləndi. 2002-ci ildə “Linkedin”, 2003-cü ildə “MySpace”,  2004-cü ildə “Facebook”, 2005-ci ildə “Youtube”, 2006-cı ildə “Twitter”,  2010-cu ildə “İnstagram” və digər sosial şəbəkələrin yaradılması ilə beynəlxalq informasiya cəmiyyətində sosial axınların yeni mərhələsinə keçildi.

Teorik determinizm nəzəriyyəsi, texnoloji inkişaflar yolu ilə ünsiyyət üsullarının dəyişikliyin bütöv bir cəmiyyətə necə təsir göstərdiyini izah etməyə çalışır. Bu nəzəriyyəyə əsasən, media texnologiyası bir cəmiyyətin əsrlərdən digərinə köçürdüyü zaman cəmiyyətin necə fəaliyyət göstərdiyini, necə təsir etdiyini, necə hərəkət etdiyini və necə düşündüyünü təsvir edir. Başqa sözlə, insanlar cari texnologiyada əldə etdiyimiz mesajlara əsasən düşünmək və hisslərini öyrənməyi öyrənirlər. Sözügedən  nəzəriyyə bu dairənin "mesajı" olduğuna və insanların uyğun bir şəkildə uyğunlaşacağına və cəmiyyətin bütün ünsiyyət yaratmaq üçün istifadə etdiyi vasitələrə inanır. Virtual dünya yaradılması ilə fərdlər qarşılıqlı əlaqə qurma imkanına sahibdirlər. Bu əlaqələrin təbiətindəki dəyişikliklə, onlayn münasibətlərin qəbul edilən keyfiyyətini ölçmək maraqlıdır. Biznes sistemi insanlar və ya maşınların müştərilər üçün xüsusi məhsul və xidmətlər istehsal etmək üçün resurslardan istifadə edən proseslər və fəaliyyətlər həyata keçirən bir sistemdir.

Sosial şəbəkə bütün dünyada sürətli bir artım tempi ilə inkişaf edir və bir çox istifadəçi media axınlarını birləşdirir. Qrafik vizuallaşdırma, mürəkkəb informasiyaları anlamaq üçün effektiv bir üsuldur. Mövcud vəziyyət, istifadəçilərin və kompleks əlaqələrin sayəsində ənənəvi şəbəkə vizualının həddən artıq olmasıdır. Ümumiyyətlə, sosial media insanların istifadəçiləri haqqında çoxlu məlumatları olan sosial mülkiyyət növüdür. Sosial media bir çox imkan yarada bilər, məsələn, brendinq kommunikasiyası, reklam marketinqi. Ancaq praktik olaraq bir-birinə bağlılıq ünsiyyət demək deyil. Fikir və reklamı diqqətə çatdırmaq üçün sosial şəbəkələrdə faydalı linkləri müəyyənləşdirmək lazımdır.

Sosial şəbəkələr ən populyar internet resurslarından biridir. Rahat və intuitiv interfeys istehlakçıların maraqlarını geniş əhatə edir. Kiçik bir sosial şəbəkənin yaradılması hətta İT texnologiyaları sahəsində də bilik tələb edən uzun və mürəkkəb bir proses hesab edilir. Lakin qaydalara riayət etmək və aktiv mövqe tutmaq lazımdır. Kütləvi kommunikasiya sistemində sosial şəbəkələr müzakirə olunur. Bunun əsas səbəbi onların media sistemində rolu və əhəmiyyətinin müəyyən olunması üçün onları araşdırmaqdan ibarətdir. Hazırkı dövrdə sosial şəbəkələr, tələbələrin sosial, təhsil və iş həyatının tərkib hissəsidir. Sosial şəbəkə proqramının istifadəsinin təbiətini öyrənmək əhəmiyyətli praktik və akademik dəyərləri əks etdirir. İnformasiya texnologiyası insanların ünsiyyət qurma üsulunu dəyişir. Gənc əhali, xüsusilə 18-25 yaş qrupu arasında e-poçt artıq köhnə bir ünsiyyət mexanizmi olaraq qəbul edilir. Statistikaya görə, proqramların sosial şəbəkələrə təsirləri çox daha yüksəkdir.

Yeri gəlmişkən, hər bir sahəyə təsir edən, mövcud COVİD-19 pandemiyası “İnternet və sosial şəbəkələrdən istifadə vərdişləri”nə də təsirsiz ötüşmədi. Bununla bağlı beynəlxalq We Are Social və Hootsuite təşkilatlarının Digital in 2021 adı altında nəşr olunan hesabatında, rast gəldiyimiz maraqlı statistika və müqayisəli təhlili dəyərli oxucularımızla bölüşmək istədik:

We Are Social və Hootsuite təşkilatları bir neçə ildir ki, internet və sosial şəbəkələrdən istifadə statistikasını ətraflı şəkildə özündə əks etdirən araşdırmalar dərc edir. Pandemiyadan əvvəl ildə 3-4 dəfə mütəmadi olaraq aparılan bu tədqiqat işləri, pandemiya prosesində bir qədər gecikdi. Məsələn, ölkələr əsasında nəşr olunan son hesabatın tarixi 2020-ci ilin yanvarı idisə, dünyadakı statistikaların sonuncusu 2021-ci ilin yanvar ayına təsadüf edir. Bu hesabat, pandemiya prosesində internet və sosial mediadan istifadə vərdişlərinin böyük ölçüdə dəyişdiyini ortaya qoyur.

Digital in 2021 adı altında nəşr olunan hesabata görə, dünya əhalisinin 54% -i (təxminən 4.2 milyard insan) aktiv sosial şəbəkə istifadəçiləridir. Bu rəqəm bir əvvəlki illə müqayisədə 490 milyon artıb. Başqa sözlə, pandemiya prosesində keçirdiyimiz ilk ildə, dünyada təxminən yarım milyard daha çox insan sosial şəbəkə istifadəçisinə çevrilib. 2016-cı ildən bəri müqayisədə, bu adambaşına ən yüksək artımın yaşandığı ildir.

Statistikaya nəzər salsaq, il ərzində dünyanın ən çox ziyarət edilən saytının, illərdir ki, liderliyini qoruyub saxlayan “Google” olduğunu görərik. Təbii ki, bu gözlənilməz deyil. Ancaq ən çox ziyarət edilən 20 saytın siyahısına baxdığımızda pandemiya dövrünün təsirini görmək mümkündür. “Youtube” 2019 və 2020-ci illərdə ən çox ziyarət edilən 20 sayt siyahısında 2-ci yerdədir. Bununla birlikdə, “YouTube”da sərf olunan ortalama vaxtın bir əvvəlki ilə nisbətən daha çox artdığı da diqqət çəkən məqamlardan biridir. Eyni şəkildə bu iki siyahıda artan saytlardan biri də gözləntilərin özünü doğrultduğu kimi “Netflix”dir. Dünyada onlayn alış-veriş baxımından ən çox seçilən platformalardan biri olan “Amazon”, siyahıda 13-cü yerdən 9 -cu yerə yüksəlib. Bu statistikada ən diqqət çəkən platform, əlbəttə ki, “Zoom” platforması oldu. 2019-cu ildə ən çox ziyarət edilən 20 veb saytın siyahısına daxil olmayan bu platforma, 2020-ci ildə bu siyahıya birbaşa 18-ci yerdən daxil oldu. Bu proqramdan istifadə edərək, mövcud pandemiya şəraitində dərslərimizi onlayn olaraq keçməklə mövcud vəziyyəti qiymətləndirmək də yerinə düşərdi. Bundan əlavə, “Zoom” platformaların ortalama istifadə müddətinə görə 6-cı yerdə qərarlaşıb. Başqa sözlə, pandemiya prosesində ən çox vaxt sərf etdiyimiz platformalar “Facebook”, “Youtube”, “Google”, “Amazon”, “Baidu” (Uzaq Şərqdə istifadə olunan veb axtarış sistemi) və “Zoom”dur.

Sosial media və video izləmə platformalarına sərf olunan ortalama vaxtın statistikasına görə, istifadəçinin bir ay ərzində Youtube-da keçirdiyi ortalama vaxt 23.2 saatdır. Başqa sözlə, “Youtube”da 1 ay ərzində təxminən bir gün keçiririk. Siyahının digər vacib platformaları “Netflix” (7 saat), “Youtube Kids” (6.2 saat), “Twitch” (5.1 saat), “Amazon Prime Video” (3.7 saat).

“YouTube” haqqında daha bir maraqlı statistika isə, bu platformada qeydiyyatdan keçənlərin ümumi sayı 2 milyarddan çoxdur və gündə 1 saat ərzində 1 milyard video izlənilir. Baxılan videoların 70% -i isə mobil cihazlardan izlənilir.

    Əli Səbzəliyev  

İnformatika kafedrasının baş müəllimi

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM