Şahbuz şəhərində yeni mərasim evi inşa olunur - VİDEO

Son illər Şahbuz rayonunda mərasim evlərinin tikintisi diqqət mərkəzində saxlanılır. Bu günə kimi rayonun 10-a yaxın yaşayış məntəqəsində mərasim evi inşa olunub. Bu günlərdə Şahbuz şəhərində də  yeni mərasim evinin inşasına başlanılıb.

Şahbuz şəhərindəki Heydər Əliyev prospektində inşası davam etdirilən 100 yerlik mərasim evində kişilər üçün zal, mətbəx və təsərrüfat otağı yerləşəcək. Hazırda  binada  hörgü  və suvaq işləri görülür.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər