Naxçıvanda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına medallar təqdim olunub - VİDEO

Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin azad edilməsi uğrunda şəhid olmuş, Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş şəxslərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına medal və vəsiqələr təqdim olunub. Naxçıvan şəhərində, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında bununla bağlı tədbirlər keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının  əməkdaşlarının keçirilən mərasimlərlə bağlı hazırladığı videomaterialı təqdim edir:

 

Turab Hacızadə

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM