Şərur rayonunda yeni meyvəqurutma sahəsi fəaliyyətə başlayıb - FOTOLAR

Şərur rayonunda yeni meyvəqurutma sahəsi fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> Şərur rayonunda yeni meyvəqurutma sahəsi fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font>

Şərur rayonunda ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə, ekoloji baxımdan saf, təmiz kənd təsərrüfatı məhsulları istehsalına diqqət artırılıb. Hazırda  rayonda 400-ə yaxın nümunəvi ailə təsərrüfatı fəaliyyət göstərir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, belə ailə təsərrüfatçılarından biri də ixtisasca ingilis dili müəllimi olan Gülsüm Qafarovadır.

Ailə təsərrüfatının başçısı uzun illərdir meyvə qurutma ilə məşğul olur. Ötən il müxtəlif meyvələrdən 200 kiloqram qurudaraq satışını təşkil edib. Bu il isə 3 tondan artıq meyvə qurudub. Təsərrüfatçı bu il keçiriləcək ailə təsərrüfatı məhsulları festivalına da təbii şəkildə qurudulan və satışa hazırlanan məhsullardan çıxarmaq niyətindədir.

Hazırda ailə təsərrüfatında 5 nəfər çalışır. Güzəştli şərtlərlə 15 min manat kredit əldə edən təsərrüfatçı meyvə qurutma sahəsi də yaradıb. Burada alma, gavalı, armud, ərik və digər meyvələr qurudularaq gigiyenik qaydada paketləşdirilir və satışa çıxarılır.

Məhəmməd Fərəcov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM