Naxçıvanda ənənəvi “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçiriləcək - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Arıçılıq məhsulları-bal satış yarmarkası” oktyabrın 16-ı və 17-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.

Yarmarkada muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar il ərzində topladıqları məhsullarının sərgi-satışını həyata keçirəcəklər. Həmçinin yarmarkada arıçılıq avadanlıqlarının və arıçılığa aid ədəbiyyatların sərgisi də nəzərdə tutulub. Minbir çiçəkdən toplanan və böyük  zəhmətlə başa gələn, süfrəmizin əvəzolunmaz neməti olan bal və bal məhsulları maraqlı dekorasiyalarda göz oxşayacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM