Şahbuz rayonu ərazisində bezuar keçilərinin sayı artıb - FOTOLAR

Şahbuz rayonu ərazisində bezuar keçilərinin sayı artıb <font color=red> - FOTOLAR</font> Şahbuz rayonu ərazisində bezuar keçilərinin sayı artıb <font color=red> - FOTOLAR</font> Şahbuz rayonu ərazisində bezuar keçilərinin sayı artıb <font color=red> - FOTOLAR</font>

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, aparılan ekoloji tədbirlər nəticəsində Şahbuz rayonu ərazisində  son illər bir çox fauna növlərində, xüsusilə bezuar keçilərində artım müşahidə olunur. Ərazilərdə çöl heyvanlarının qidaya olan tələbatını qismən ödəmək məqsədilə Şahbuz Dövlət Təbiət Qoruğunun və nazirliyin əməkdaşları tərəfindən “Zərnətün dərəsi” adlandırılan ərazidə qaba yem və daşduz ehtiyatı yaradıb. Tədarük məhsulları əsasən bezuar keçilərinin qış aylarında görüldüyü ərazilərə dağıdılıb. 

Nazirlikdən bildirilib ki, qarşıdakı günlərdə rayonun digər müvafiq ərazilərində də biotexniki tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qış mövsümündə təbiətin qarla örtülməsi bəzi fauna növlərinin qidalanmasında müəyyən problemlər yaradır. Buna görə də vəhşi heyvanların ən çox yayıldığı ərazilərdə biotexniki tədbirlər görülür, onlar üçün qida ehtiyatı yaradılır. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq işlərin görülməsi, qida ehtiyatının yaradılması ilə bağlı tapşırıq verilib.

 

Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM