Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik Ziyad Səmədzadə: Naxçıvanın uğurları Azərbaycanın ümumi iqtisadi inkişafına böyük töhfə verib

Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik Ziyad Səmədzadə: Naxçıvanın uğurları Azərbaycanın ümumi iqtisadi inkişafına böyük töhfə verib

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı, Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Naxçıvanda Mühasiblərin və auditorların VII Avrasiya forumu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Forumda iştirak edən Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Naxçıvanda gördüklərinin onu çox sevindirdiyini bildirib.

Jurnalistlərə açıqlamasında akademik deyib ki, Naxçıvan Azərbaycanın çox dinamik inkişaf edən, ildən-ilə sosial-iqtisadi göstəricilərini artıran, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində konkret ciddi addımlar atan bir diyarıdır. Burada böyük quruculuq işlərinin həyata keçirilməsi hamımızın sevincinə səbəb olur. Bu uğurlar Azərbaycanın ümumi iqtisadi inkişafına böyük töhfə verib. Onu da deyim ki, bu beynəlxalq forum olduqca dəyərlidir. Belə ki, bu gün dünyanı narahat edən ən vacib problemlərdən biri şəffaflıq, korrupsiyaya qarşı mübarizə, uçotun şəffaflığının təmin olunmasıdır. Məhz bu istiqamətdə keçirilən forum Prezident cənab İlham Əliyev tərəfindən respublikamızda müəyyən edilmiş inkişaf strategiyasına, heç şübhəsiz ki, müsbət təsirini göstərəcək. Naxçıvanlılara bütün bu işlərdə uğurlar arzulayıram. Bu gün biz fəxr edirik ki, qalib ölkənin əməkdaşıyıq.

 Naxçıvan uzun illər blokadada yaşayıb, çətinliklərlə üzləşib, lakin düşmən naxçıvanlıların iradəsini qıra bilmədi, 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində parlaq qələbənin qazanılmasında naxçıvanlı igid oğullar böyük qəhrəmanlıqlar göstərdilər. Hesab edirəm ki, bizim bu gəlişimiz çox əlamətdar oldu, heç şübhəsiz, burada gördüklərimizi, şahidi olduğumuz yenilikləri dostlarımıza, bütün Azərbaycan cəmiyyətinə çatdırmaqda da forumun əhəmiyyəti böyükdür. Təbii ki, belə beynəlxalq tədbirinAzərbaycanın bu qədim diyarında təşkilinin dərin əsasları vardır. Əvvəla, burada çox əlverişli ab-hava vardır, Naxçıvanın maliyyə sistemində böyük uğurlar əldə edilmiş, forumda da deyildiyi kimi, muxtar respublikada vergi borcu yoxdur. Bu da o deməkdir ki, burada işə məsuliyyət, şəffaflıq vardır. Şəffaflığın təmin edilməsi üçün muxtar respublika rəhbəri çox böyük işlər görüb. Məhz bütün bu üstün cəhətlərə görə forumun Naxçıvanda keçirilməsi qərara alındı, tədbir çərçivəsində biz yerli nümayəndələrlə yanaşı, xarici mütəxəssislər də bir daha bu diyarın inkişafını əyani surətdə gördü/

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM