Ömrünü Vətənə bağışlayanların Vətənə əmanət etdikləri.... - VİDEO

44 günlük Vətən müharibəsi Azərbaycanın böyük qələbəsi ilə başa çatdı. Ordumuz tarixi zəfər qazandı və torpaqlarımız işğaldan azad edildi. Minlərlə igid bu şərəfli yolda canını qurban verdi. Əzəli torpaqlarımız qayıtdı, amma onlar yox... Zəfər tarixini yazan şəhidlərimiz Vətən boyda sevgi göndərdilər evlərinə, el-obalarına. Şərəf dolu xatirələrini hədiyyə etdilər sevdiklərinə. Özləri isə Vətən torpağına qarışdı, Vətən oldu.... O torpaqdan yeni ümidlər göyərdi, yeni  həyatlar başladı... Qəhrəman ataların 102 övladı göz açdı dünyaya... Körpələrdən 4-ü Naxçıvanda dünyaya gəldi. Hərəsinin isə öz taleyi, öz  hekayəsi var.

Fərman, Zəhra, Tunar, Əli. Atalarınızın zəfər payı olduğu bu qalib torpaqlarda hələ minlərlə oğullar, qızlar göz açacaq dünyaya,  bütöv və əmin-aman Azərbaycanda firavan yaşayacaqlar!

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Elnurə Tahir

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM