Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib

Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib

İşğaldan azad edilən ərazilərdə yeni milli parklar yaradılacaq. Artıq bu parkların yerləri müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı nazirliyin xüsusi layihəsi var: "Layihənin reallaşdırılması üzrə artıq aidiyyəti qurumlara təkliflər verilib. Təkliflərə cavab veriləndən sonra bu istiqamətdə işlərə başlanılacaq".

V.Kərimov qeyd edib ki, yeni milli parkların ərazisi də müəyyən edilib: "Bunlar 20 min hektar Laçın rayonu, 20 min hektar Qubadlı rayonu, 107 hektar Bəsitçay qoruğu ərazisi, 2000 hektar Daşaltı dövlət təbiət qoruğu və Arazboyu təbiət yasaqlığının əraziləridir".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM