Türkiyə Diyanət İşləri İdarəsinin sədri Şuşada azan oxudu - VİDEO

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş Şuşa şəhərinə səfər edib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, işğaldan azad edilən şəhərin rəmzlərindən olan Yuxarı Gövhər Ağa məscidini də ziyarət edən Ərbaş burada azan oxuyub.

“Bizə də Yuxarı Gövhər Ağa məscidində azan oxumaq nəsib oldu”, - deyə o, sosial media hesabındakı paylaşımında bildirib.

“Allah-təala coğrafiyamızı İslamın sülhündən və azan sədalarından məhrum etməsin”, - Ərbaş qeyd edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM