Naxçıvanda sаhibkаrlıq fəаliyyətinə kənаr müdахilələrin qаrşısının аlınmаsı diqqətdə saxlanılır

Naxçıvanda sаhibkаrlıq fəаliyyətinə kənаr müdахilələrin qаrşısının аlınmаsı diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublika  ərazisində sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanlarının əməkdaşlarının  iştirakı ilə  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası” mövzusunda seminar keçirilib.

Seminarda qeyd olunub ki, nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 18 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq əsasnamənin tələbləri əsasında reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və mühafizəsini təmin edir.

Hazırlanan slaydlar vasitəsilə iştirakçılara reyestrə yoxlama ilə bağlı daxil edilən məlumatlar, reyestrin aparılması prinsipləri, əsasnaməyə uyğun olaraq yoxlayıcı orqanlar üzərinə qoyulmuş vəzifələr və yoxlayıcı orqanların məsuliyyəti haqqında geniş məlumat veriliblər. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat  reyestri xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

Qeyd edək ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ədliyyə Nazirliyinə sahibkarlıq müəssisələrində əsassız yoxlamaların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi istiqamətində tapşırıq verilib.

Xəbər lenti
Çox oxunan xəbərlər