Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbirlər keçirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti tədbir Naxçıvan Qızlar Liseyində təşkil olunub.
Tədbirdə ilkin tibbi yardımın əsasları, eləcə də zəhərlənmələr, bayılma, qanaxma, asfiksiya, hipertermiya, ilan sancmaları, yanıqlar barədə ətraflı məlumat verilib. Həmçinin qanaxmaların xüsusiyyətləri, zəhərlənmələr, yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardım barədə ətraflı məlumatlar verilib.
Sonra hər hansı səbəbdən boğulma zamanı ilkin tibbi yardımın göstərilmə qaydaları simulyasiya edilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirici tədbirlər digər təhsil müəssisələrində də davam etdiriləcək.
Hafizə Əliyeva