Güclü duman səbəbindən Bakıdan Naxçıvana uçan "Azərbaycan Hava Yolları"nın təyyarəsi hava limanına qayıtmağa məcbur olub

Güclü duman səbəbindən Bakıdan Naxçıvana uçan  "Azərbaycan Hava Yolları"nın təyyarəsi hava limanına qayıtmağa məcbur olub

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

AZAL-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər