Əlillərin və Uşaq Bərpa Mərkəzlərinə yeni tibbi avadanlıqlar alınıb - FOTOLAR

Əlillərin və Uşaq Bərpa Mərkəzlərinə yeni tibbi avadanlıqlar alınıb<font color=red> - FOTOLAR</font> Əlillərin və Uşaq Bərpa Mərkəzlərinə yeni tibbi avadanlıqlar alınıb<font color=red> - FOTOLAR</font> Əlillərin və Uşaq Bərpa Mərkəzlərinə yeni tibbi avadanlıqlar alınıb<font color=red> - FOTOLAR</font>

Muxtar respublikada tibb müəsisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, yeni avadanlıqların alınması diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar təqdim edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, son illər muxtar respublikada kompleks tədbirlər həyata keçirilib, maddi-texniki baza möhkəmləndirilib, bu kateqoriyadan olan şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti ilbəil artır. Bütün bunların nəticəsidir ki, muxtar respublikadan kənarda reabilitasiya keçmək istəyən şəxslərin sayında azalma müşahidə olunub. Ötən il bərpa mərkəzlərində ümumilikdə 500-dən artıq şəxsin müalicə kursu təmin olunub ki, onların da 12 nəfəri ikinci Qarabağ müharibəsi iştirakçısıdır.

Nazir bildirib ki, son illərdə bu müəssisələrdə həyata keçirilən müayinə və müalicə işinin həcminin artması və tibb sahəsindəki müasir yeniliklərin tətbiqi, həmçinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinə zamanı əlillik üçün müraciət edən şəxslərə qoyulan diaqnozların dəqiqləşdirilməsi məqsədilə mərkəzlərdə istismar müddəti bitən avadanlıqların yenisi ilə əvəz olunması, həmçinin xəstəliklərin müalicəsində effektiv olan yeni tibbi avadanlıqların alınması zərurəti yaranıb. Bu məqsədlə, mərkəzlərin fəaliyyət istiqamətlərinə uyğun olan və müvafiq xəstəliklərin müalicəsində effektiv ola biləcək tibbi avadanlıqların siyahısı müəyyən edilib və onların alınması üçün zəruri tədbirlər həyata keçirilib. Alınan avadanlıqlar tibb sahəsi üzrə ən yüksək standartlara cavab verir və funksionallıq baxımından bütün müasiri texniki parametrlərə uyğundur.

Nazirliyin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Yasin Əliyev Bərpa mərkəzlərinin kollektivi adından yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib.

Sonra yeni alınan avadanlıqlara baxış keçirilib, onların funksiya və göstəriciləri haqqında məlumatlar verilib. Qeyd edilib ki, bərpa mərkəzləri üçün elektroensefaloqrafiya, universal trenajor, velotrenajor, elektrostimulyasiya, ultrasəs terapiya, maqnitoterapiya, infraqırmızı şüa, mikrodalğa, ultrasəslə müayinə, amplipuls, lazerterapiya, vakuumterapiya, ayaqaltı koordinasiya, qısa dalğa diatermiya, traksion, spirometriya, hemoqlabin A1C analizatoru avadanlıqları və kiçik motorikanı inkişaf etdirən alətlər dəsti alınıb.

Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM