Respublika Klinik Xəstəxanasının tibbi aksiyası davam edib - FOTOLAR

Respublika Klinik Xəstəxanasının tibbi aksiyası davam edib<font color=red> - FOTOLAR</font> Respublika Klinik Xəstəxanasının tibbi aksiyası davam edib<font color=red> - FOTOLAR</font> Respublika Klinik Xəstəxanasının tibbi aksiyası davam edib<font color=red> - FOTOLAR</font> Respublika Klinik Xəstəxanasının tibbi aksiyası davam edib<font color=red> - FOTOLAR</font>

Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində humanitar tibbi aksiya davam etdirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiyanın son günündə də yerli tibbi kadrlarla birlikdə pasiyentlərə lazımi tibbi xidmətlər göstərilib.

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yanvarın 12-dən start götürən humanitar aksiyaya akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 14 nəfərlik həkim heyəti dəvət edilib. Aksiya çərçivəsində yerli tibbi heyətlə birgə muxtar respublika sakinlərinə, o cümlədən şəhid ailələrinə və qazilərə təmənnasız tibbi xidmət göstərilib. Həkim heyətinin tərkibində yüksəkixtisaslı həkimlərdən pediatr, nevropatoloq, otolarinqoloq, uroloq, ümumi cərrah, ginekoloq və başqaları iştirak edib.

Aksiya çərçivəsində 3 gün ərzində 1084 xəstə müayinə və müalicə olunub. Ümumilikdə, pasiyentlərə 2754 diaqnostik,  terapevtik, cərrahi və digər tibbi xidmətlər göstərilib, 24 göz, 9 ümumi, 6 kiçik əməliyyat olmaqla, 39 pulsuz cərrahiyyə əməliyyatları aparılıb.

Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait  yaradılıb. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib, tibbi məsləhətlər verilib.

Aksiya zamanı səhiyyə maarifi işi də aparılıb, vətəndaşların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə birgə fəaliyyətin zəruriliyi qeyd edilib.

Xosrov İbrahimov

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM