Qırğızıstanda “20 Yanvarı unutmadıq” adlı tədbir keçiriləcək

Qırğızıstanda “20 Yanvarı unutmadıq” adlı tədbir keçiriləcək

Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) yanvar ayının 19-da qanlı Yanvar hadisələri ilə əlaqədar Bişkek şəhərindəki Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində “20 Yanvarı unutmadıq” adlı tədbir keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Qırğızıstanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, kitabxananın oxucuları, diasporumuzun üzvləri iştirak edəcəklər.

Əvvəlcə tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı sənədli film göstəriləcək, faciəni törədənlər haqda danışılacaq.

Tədbir iştirakçılarının adından beynəlxalq təşkilatlara qanlı yanvar hadisələrini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqda müraciət qəbul olunacaq.

İştirakçılara Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun alimlər qrupunun hazırladığı "Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla" kitabı hədiyyə ediləcək.

Rus və ingilis dillərində olan bu kitab TDSDF tərəfindən nəşr olunub.

Xatırladaq ki, həmin kitaba görə Ermənistan Xarici İşlər Nazirliyi Qırğızıstan Xarici İşlər Nazirliyinə nota göndərmişdi.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM