““Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı nəşr olunub

““Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı nəşr olunub

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində ““Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı işıq üzü görüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən nəşr olunub.

Kitabda ötən il 100 yaşı geniş qeyd edilən ““Şərq qapısı” qəzetinin Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına verdiyi töhfələrdən, muxtar respublikada jurnalistikanın inkişafından, cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsindəki mühüm rolundan bəhs edən məqalələr toplanaraq oxuculara təqdim edilir.

AMEA Naxçıvan Bölməsi ilə birgə hazırlanan və yeni nəşr olunan "“Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı qəzetin keçdiyi 100 illik inkişaf yolu, tariximiz, milli ordu quruculuğu, tarix-mədəniyyət abidələri, ana dili məsələləri, Naxçıvan ədəbi mühiti, folklor, xalq sənətinin təbliği, media siyasəti, mədəniyyət, elm və təhsil sahələrində baş verən yeniliklərin, eləcə də muxtar respublikanın sosial-iqtisadi inkişafının əksi məsələləri ilə bağlı araşdırmaların yer aldığı materiallardan ibarətdir.

Kitabda yer alan məqalələrin hər biri qəzetin ölkə mətbuatındakı mühüm funksiyasını öyrənməklə yanaşı, müxtəlif illərdə dərc olunan nömrələrinin tədqiqi və təhlili baxımından da əhəmiyyətlidir. Kitab dəyərli tədqiqat əsəri olmaqla qəzetin 100 illik yubileyinə töhfə kimi dəyərləndirilir.

Ərhan Novruzov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM