Gənclər Babək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

Gənclər Babək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Babək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Babək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Babək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun əməkdaşları bir qrup gəncin iştirakı ilə Babək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər.

Kollektiv şəhidlərimiz – leytenant Ümid Məmmədov, Ümüd Niftəliyev və Elvin Teymurovun ailə üzvləri ilə görüşüblər. Görüşlər zamanı şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından danışılıb. İştirakçılara onların xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Qəhrəman vətən oğullarının ruhlarına dualar oxunub.

Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlıqlarını bildiriblər.  Qeyd olunub ki, qəhrəman şəhidlərimizin həyatı, keçdiyi döyüş yolları hər bir vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir. Bu cür tədbirlərin təşkil olunmasında da məqsəd şəhid ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək, həm də gənclərimizin qəhrəmanlarımızın şərəfli döyüş yolu ilə yaxından tanış etməklə vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.

Qeyd edək ki, muxtar respublikada şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Şəhid ailələri və qazilər mənzillə, Vətən müharibəsi iştirakçıları avtomobillə təmin olunub, müvafiq kateqoriyadan olan şəxslərin müalicə və müayinəsinə köməklik göstərilib, mənzilləri təmir olunub.

Mədinə Rəhimli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM