Azərbaycanda İMEİ kodların saxtalaşdırılması ilə mübarizə sərtləşdiriləcək

Azərbaycanda İMEİ kodların saxtalaşdırılması ilə mübarizə sərtləşdiriləcək

Azərbaycanda mobil cihazların İMEİ kodlarının saxtalaşdırılması ilə bağlı ciddi tədbirlərə başlanılıb və bu tədbirlər daha da sərtləşdiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ bu gün insanları kifayət qədər narahat edir.

“Bu gün sizin İMEİ kodunuz başqa telefona klonlaşdırılıbsa, o adamın törətdiyi cinayətə siz də eyni şəkildə şərik olursunuz. Hüquq mühafizə orqanları ilə birlikdə biz bununla bağlı ciddi şəkildə işləyirik. Azərbaycanda nə qədər İMEİ kodlarının saxta olduğu barədə bizdə dəqiq rəqəmlər var. Ciddi tədbirlərə başlamışıq. Saxta İMEİ kodların aşkarlanmasına və onların qeydiyyata alınmasına artıq başlanılıb və bu istiqamətdə daha da sərt tədbirlər görüləcək”, - deyə nazir müavini əlavə edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM