satellite   Azerspace-1: 11135 H 30000

Arazboyu ərazilərdə monitorinq və dezinfeksiya işləri aparılıb - FOTOLAR

Arazboyu ərazilərdə monitorinq və dezinfeksiya işləri aparılıb<font color=red> - FOTOLAR</font> Arazboyu ərazilərdə monitorinq və dezinfeksiya işləri aparılıb<font color=red> - FOTOLAR</font> Arazboyu ərazilərdə monitorinq və dezinfeksiya işləri aparılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birgə Şərur rayonunda Arazboyu sərhəd ərazilərdə monitorinq və dezinfeksiya tədbirləri həyata keçirib.

Aparılan monitorinqlər zamanı ərazilərdə ölmüş çöl heyvanlarına və quş cəsədlərinə rast gəlinməyib, çöl quşlarının sayının artımı müşahidə edilib.

Həmçinin kompleks baytarlıq tədbirləri çərçivəsində ərazilərdə mikrob və viruslara qarşı dezinfeksiya işləri də görülüb. Bu məqsədlə ekoloqlar Şərur Rayon Baytarlıq İdarəsinin əməkdaşları Diyadin və Tumaslı kəndlərinin sərhədboyu ərazilərində mövcud sututarlarda və göl kənarlarında qabaqlayıcı profilaktiki tədbirlər həyata keçiriblər.

Ekoloji monitorinqlər və dezinfeksiya işləri mütəmadi davam etdiriləcək.

Məhəmməd Fərəcov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM