ASAP tərəfindən xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirilib - FOTOLAR

ASAP tərəfindən xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirilib<font color=red> - FOTOLAR</font> ASAP tərəfindən xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirilib<font color=red> - FOTOLAR</font> ASAP tərəfindən xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirilib<font color=red> - FOTOLAR</font> ASAP tərəfindən xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirilib<font color=red> - FOTOLAR</font>

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) Almaniya və Türkiyədə silsilə tədbirlər təşkil edib.

ASAP-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Almaniyanın Berlin şəhərində Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının tərəfdaşlığı və Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr edilmiş mədəniyyət gecəsi keçirilib.

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Almaniya nümayəndəliyinin üzvü Nəzrin Əliyeva, Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri və İmadəddin Nəsimi irsinin araşdırıcısı, Yustus Libiq Universitetinin elmi işçisi, dosent Maykl Reynhard Hessin çıxışları dinlənilib.

Çıxışlarda müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, siyasi-ictimai və mədəni inkişafının, xalqımızın milli oyanış və dirçəliş proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığı, 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının göstəricisi olduğu qeyd edilib. Natiqlər Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının məhz bu dəyərlər əsasında, ümummilli lider Heydər Əliyevin siyasi dühası nəticəsində öz müstəqilliyini qoruduğunu, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın region və dünyada böyük nüfuz sahibinə çevrildiyini vurğulayıblar.

ASAP-ın təşkilatçılığı, Türkiyənin Çorum bələdiyyəsinin dəstəyi ilə Çorum saat qülləsi meydanında və Yalova Universitetində fəal azərbaycanlı gənclər tərəfindən Azərbaycan stendi açılaraq 28 May - Müstəqillik Günü qeyd edilib. Stenddə milli atributlarımız nümayiş olunub, gənclərimiz stendə yaxınlaşan tələbə yoldaşlarına və yerli sakinlərə Azərbaycan tarixindən, Vətən müharibəsində əldə edilən şanlı Qələbədən bəhs edib, ölkəmiz haqqında onları maraqlandıran sualları cavablandırıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər