ÜST meymunçiçəyi ilə bağlı beynəlxalq səviyyədə fövqəladə vəziyyətin elan olunmasını müzakirə edəcək

ÜST meymunçiçəyi ilə bağlı beynəlxalq səviyyədə fövqəladə vəziyyətin elan olunmasını müzakirə edəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi bu gün meymunçiçəyi virusunun yayılmasını beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti elan edilməsi məsələsini müzakirə edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, meymunçiçəyinin son həftələrdə indiyədək rastlanmayan təxminən 30 ölkədə yayılması beynəlxalq qurum tərəfindən “qeyri-adi və narahatedici“ gedişat kimi dəyərləndirilib və komitənin növbədənkənar iclası çağırılıb.

Beynəlxalq qurumun epidemioloji vəziyyətlə bağlı qaydalarına görə, digər ölkələrə də sirayət edən “ciddi, qəfil, qeyri-adi və əvvəlcədən proqnozlaşdırıla bilməyən“ səhiyyə problemləri “beynəlxalq səviyyədə narahatlıq doğuran səhiyyə fövqəladə vəziyyəti” kimi dəyərləndirilir.

Komitə müvafiq qərar qəbul edərsə, bu zaman bir sıra beynəlxalq tədbirlərin görülməsi lazım gələcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM