Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşüb - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşüb<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşüb<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda irimiqyaslı meşə yanğınları davam edir. Yanğınların söndürülməsində iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibə verən FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov təyyarənin ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə kömək göstərdiyini xatırladıb. “Bu, yanğınların söndürülməsində ən müasir təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə qabiliyyətinə malikdir. Təyyarə bu gündən qardaş ölkədə yanğınların söndürülməsində iştirak edəcək”, - deyə Ə.Qasımov qeyd edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM