Ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. İyunun 24-ü gündüz və iyunun 25-də mülayim cənub küləyi əsəcək. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, iyunun 23-ü saat 14:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. İyunun 22-də leysan yağış nəticəsində saat 15:50-16:10 radələrində Goranboy rayonunun Ağcakənd ərazisindən sel keçib. Qısa müddət ərzində düşən yağışın miqdarı 128 millimetr (aylıq normanın 257 faizi) olub.

Düşən yağışın miqdarı Balakəndə 43 (aylıq normanın 33 faizi), Şəkidə 24, Sarıbaş (Qax), Oğuz, Gədəbəydə 16, Gəncədə 9, Bərdə, Daşkəsəndə 8, Göygöl, Qəbələdə 7, Ağdam, Şahdağ, Zaqatala, Zərdabda 6, Xınalıqda 4, Ləzədə 3, Göyçay, İmişli, Şərur, Şəmkir, Qusar, Qrızda 2, Naxçıvan, Ağdərə, Naftalan, Şirvan, Tərtər, Mingəçevir, Yevlax, Sabirabad, İsmayıllıda 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Naxçıvan, Göyçayda 22, Neftçala, Sabirabad, Daşkəsən, Culfada 20, Mingəçevirdə 19, Cəfərxan, Ceyrançöl, Naftalanda 18, Tərtər, Ağsu, Biləsuvar, Şabranda 16, Şərurda 15, Bakı, Pirallahıda 20, Neft Daşlarında 19, Çilov adasında 17 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM