ÜST: Meymunçiçəyi virusu çiçək xəstəliyindən daha az ölüm nisbətinə malikdir

ÜST: Meymunçiçəyi virusu çiçək xəstəliyindən daha az ölüm nisbətinə malikdir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun qarşısının alınmadığı təqdirdə yeni pandemiya ola biləcəyini bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər ÜST-nin fövqəladə hallar komitəsinin iclasında səsləndirilib. Meymunçiçəyi virusu artıq 58 ölkədə müşahidə olunub. Ümumilikdə 3 min 417 nəfərdə virusa yoluxma halı təsdiqlənib. Müxtəlif qitələrdə yoluxanların sayı hər həftə artır. Ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.

ÜST qeyd edib ki, meymunçiçəyi virusu çiçək xəstəliyindən daha az ölüm nisbətinə malikdir, lakin virusun yayılmasının qarşısını almaq üçün müvafiq praktiki tədbirlər görülmədiyi təqdirdə milyonlarla insanın ölümünə səbəb ola bilər.

Xəbər lenti
Çox oxunan xəbərlər