“Nuh diyarı-Naxçıvan” infoturunun iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olublar - FOTOLAR

“Nuh diyarı-Naxçıvan” infoturunun iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> “Nuh diyarı-Naxçıvan” infoturunun iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> “Nuh diyarı-Naxçıvan” infoturunun iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olublar<font color=red> - FOTOLAR</font> “Nuh diyarı-Naxçıvan” infoturunun iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olublar<font color=red> - FOTOLAR</font>

Qədim Naxçıvanın turizm imkanlarını tanıtmaq məqsədilə muxtar respublikaya təşkil olunan “Nuh diyarı–Naxçıvan” infoturunun iştirakçıları səfər çərçivəsində Şahbuz rayonu ərazisində yerləşən Ağbulaq İstirahət Mərkəzinə də ekskursiya ediblər. Qonaqlar burada Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən sərgi-satışla yaxından maraqlanıblar.

Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, toxuma, tikmə, dekorativ iş, təbii və yerli daşlardan bəzək əşyaları, gipsdən, duzdan əl işi, xalça, mis üzərində döymə, taxta üzərində yandırma, taxta üzərində oyma, dekorativ tablo, tikmə tablo olmaqla, ümumilikdə 47 qadının 2000-dən artıq əl işinin nümayiş olunduğu sərgi-satışda yerli daşlardan bəzək əşyaları, duzla iş və dekorativ işlər qonaqlarda xüsusi maraq yaradıb.  

Qeyd edək ki, sərgidə 21 qadının 637 manat dəyərində 62 adda əl işi satılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər