Sədərəkdə qadınlar üçün təlim keçirilib - FOTOLAR

Sədərəkdə qadınlar üçün təlim keçirilib<font color=red> - FOTOLAR</font> Sədərəkdə qadınlar üçün təlim keçirilib<font color=red> - FOTOLAR</font> Sədərəkdə qadınlar üçün təlim keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunda qadınlar dekorativ tətbiqi sənət təliminə cəlb edilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təlimdə 14 sağlamlıq imkanları məhdud, 9 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və Sədərək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 2 dərnək rəhbəri olmaqla 25  qadın iştirak edib.

Çıxış edənlər bildiriblər ki, təlim dekorativ tətbiqi sənətin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, həmçinin onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək məqsədilə təşkil olunub.

Sonra təlimə başlanılıb. Təlimçi Səkinə Qarayeva iştirakçılara əyani vəsaitlərdən istifadə edilməklə müxtəlif sənət sahələri üzrə ətraflı məlumat verib.

Qadınların böyük maraq göstərdiyi belə təlimlər bundan sonra da davam etdiriləcək.

Xosrov İbrahimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM