Hərbçi ailələri Ağbulaqda istirahət ediblər - FOTOLAR

Hərbçi ailələri Ağbulaqda istirahət ediblər<font color=red> - FOTOLAR</font> Hərbçi ailələri Ağbulaqda istirahət ediblər<font color=red> - FOTOLAR</font> Hərbçi ailələri Ağbulaqda istirahət ediblər<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup hərbçi ailəsinin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulağa gələn hərbçilər və onların ailə üzvləri 2 gün müddətində mərkəzdə yaradılan şəraitdən istifadə ediblər. Yaradılan müasir mehmanxana infrastrukturu, Ağbulağın əsrarəngiz təbiəti, təmiz havası qonaqların istirahətini daha xoş edib.

Qeyd edək ki, ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənd olan Ağbulaqda kollektivlərin istirahəti hər həftə sonu davam etdiriləcək.

Mədinə Rəhimli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM